!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kino ittifaqlarının dalana dirənən KONFRANSI: “İstənilən diskussiyaya hazırıq və...”

!Reklam – Yazi

“Bütün mövqelərə və görkəmli şəxsiyyətlərə hörmət çərçivəsində müzakirələrin aparılmasına çalışacağıq”.

Bu fikirləri Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov Yenicag.az-a açıqlamasında deyib.

 

Ötən ilin iyununda birləşmək qərarı verən Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birgə konfransının fevral ayı ərzində keçiriləcəyi ilə bağlı xəbərlər yayılsa da, dəqiq vaxt hələ məlum deyil.

Əli İsa Cabbarov konfransın ertələnməsinin əsas səbəbini texniki məqamlarla əlaqələndirib:

“Konfransın yaxın həftələrdə baş tutacagı gəzlənilir. Amma dəqiq məlumat hələ yoxdur. Hazırda konfransın təşkili üçün hazırlıqlar gedir. Hər iki təşkilatın rəhbər orqanları birgə planı razılaşdırırlar.

Dəqiq tarix demək hələ tezdir, bu dəqiqləşmə bir çox texniki məqamlarla, xüsusilə, 2023 cü ilin hesabatlılıq müddətinin hələ bitməməsi ilə bağlıdır”.

Qurum rəsmisi “Hər iki təşkilatın ətrafında yaranan qarşıdurma konfransın gedişatına təsir göstərə bilərmi” sualını belə cavablandırıb:

“Bizim təşkilat AKİ-nin fəaliyyəti ilə bağlı tənqid eşitməyib və üzvlərimizdən ancaq dəstək görmüşük. Konfransda isə istənilən diskussiyaya hazırıq. Bütün mövqelərə və görkəmli şəxsiyyətlərə hörmət çərçivəsində müzakirələrin aparılmasına çalışacağıq”.

Cəvahir

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv