!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kinomuza YAŞIL İŞIQ: “Xoş xəbərdir” - Tanınmış rejissordan AÇIQLAMA

!Reklam – Yazi

Azərbaycan Kinorejissorlar Gildiyasının sədri rejissor, ssenarist və prodüser Hüseyn Mehdiyev və bir qrup kino xadim Avropa Kino Akademiyasına üzv seçilib.

Yenicag.az-a açıqlama verən tanınmış rejissor Hüseyn Mehdiyev bununla bağlı təəssüratlarını bölüşüb.

Rejissor bu addımın milli kinomuzun dünyaya çıxması, inkişafı və təbliğində böyük rol oynayacağını bildirib:

“Əlbəttə, bu addım kinomuzun inkişafı və dünya çapında tanınmasında yaşıl işıq rolunu oynayacaq. Nə qədər beynəlxalq kino təşkilatlarına üzv olsaq, bir o qədər milli kinomuz barədə dünyaya məlumat ötürə bilərik, beynəlxalq tədbirlərdə iştirak edərik və sairə. Artıq bu istiqamətdə yeni işlərə başlanılacaq. Qeyd edim ki, gildiya iki beynəlxalq qurumun – Audiovizual Müəlliflərin Beynəlxalq Assosiasiyası və Avropa Kinorejissorları Federasiyası üzvlüyünə qəbul olunub. Həmin qurumlar müəllif hüquqları və audiovizual sahədə gedən proseslərdə iştrak edir. Avropa Kino Akademiyasına üzv seçilməyimiz də bu uğurun davamıdır. Ümid edirik ki, Avropa Kino Akademiyasına üzvlük şəxsi ambisiyalara yox, milli kinomuzun dünyaya çıxmasına, təbliğinə və Azərbaycanımıza xidmət edəcək. Deyə bilərik ki, kinomuz üçün xoş xəbərdir”.

Cəvahir

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv