!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kinomuzda SPONSOR PROBLEMİ: “Kolbasa, pampers reklamı ilə tarixi film çəkim?” - Kənandan ETİRAZ

!Reklam – Yazi

“Bu ölkədə vətənpərvərlik haqqında film çəkməyə haqqı çatanlardan biri, bəlkə də birincisi mənəm”.

Bunu “Niyə Azərbaycanda Türkiyə təcrübəsindən istifadə olunaraq, tarxi film və seriallarlər çəkilmir? Bu barədə düşünmüsünüzmü?” sualına cavab olaraq tanınmış rejissor Kənan Mahmudov Yenicag.az-a açıqlaamsında deyib.

O, irihəcmli tarixi filmlərin çəkilməsi üçün dövlət dəstəyinə ehtiyac olduğunu bildirib:

“Mənə nə vaxt gəl, film çək dedilər, mən də etiraz etdim ki, yox, çəkmirəm? Gedib hansısa kolbasa, yoqurt, pampers şirkəti ilə danışım, tarixi film çəkim? Tarixi filmin ortasında Şah İsmayıl əlində yoqurt, kolbasa yesin? Belə şey olmaz axı. Belə filmlər dövlət səviyyəsində çəkilməlidir. Bu ölkədə vətənpərvərlik haqqında film çəkməyə haqqı çatanlardan biri, bəlkə də birincisi mənəm. Canla-başla sənətimizin əsgəriyəm, nə vaxt təklif etsələr ki, gəl film çək, böyük məmnuniyyətlə çəkərəm. Bu klip deyil ki, öz cibimdən çəkim”.

Rejissor vətənpərvərlik mövzusunda ssenarinin də hazır olduğunu, lakin qəbul olunmadığını bildirib:

“Kinostudiya ssenari kastinqi yarışması elan etmişdi, İlqar Fəhmi ilə birgə yazdığım “Yeddi oğul, bir Vətən” ssenarisini təqdim etdim, bəyənmədilər. Amma türklər bəyəndi, onlar bu ssenarini ekranlaşdırmaq istəyirlər”.

Türkiyənin “Fox” telekanalında yayımlanan “Savaşçı” serialında rol alan Kənan Azərbaycanda 44 günlük müaribəyə həsr olunmuş filmdə rol almadığını da təəssüf hissi ilə dilə gətirib:

“Bildiyim qədər “Diriliş Osmanlı” filminin istehsalçıları Azərbaycanda 44 günlük İkinci Qarabağ Müharibəsi haqqında 8 bölümlü film çəkir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən həmin filmdə Azərbaycan və türk aktyorları rol alıb, amma mən o filmdə yoxam. Bəzi insanlar var ki, yanlış yerdə doğulub, onlardan biri də mənəm. Ölənlərin şəklini paylaşıb yazırlar ki, çox istedadlı idi, sənətkar idi. Öləndən sonra bilirlər ki, sən demə, hamı istedadlı imiş”.

Cəvahir

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv