!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kinostudiyanın direktoru vəzifəsindən getdi - AÇIQLAMA

!Reklam – Yazi

Fariz Əhmədov “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsindən ayrılıb.

Yenicag.az xəbər verir ki, bu barədə o, özü sosial şəbəkə hesabında məlumat yayıb:

“Bu vəzifədə çalışdığım 17 ay ərzində müxtəlif layihələr həyata keçirdik, qısametrajlı bədii, sənədli, tammetrajlı filmlər, bədii və sənədli seriallar ərsəyə gətirdik. Bir çox kino mütəxəssisləri ilə birlikdə çalışdıq. Yüzlərlə vətəndaşla ünsiyyətdə olduq. Bu müddətdə mənə etimad və dəstək göstərənlərə öz dərin təşəkkürümü bildirirəm. Audiovizual və interaktiv media şöbəsinin rəhbəri Rüfət Həsənova mənə inandığı, dözdüyü və dəstəklədiyi üçün xüsusi minnətdarlığımı bildirirəm.

Mən yenə də audiovizual layihələrin istehsalı sahəsində olan fəaliyyətimi davam etdirəcəm”.

Mədəniyyət naziri Anar Kərimovun əmri ilə kinostudiyaya yeni direktor Nazim Hüseynov təyin olunub.

Cəvahir

 

www.yenicag.az

1166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv