!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kiprdə böyük Novruz bayramı qeyd ediləcək - FOTO

!Reklam – Yazi

Türkiyə və Azərbaycan millət vəkillərinin iştirakı ilə böyük tədbir təşkil olunacaq.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçlığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Girnə Amerika Universitetinin təşkilati dəstəyi ilə Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası millət vəkillərinin fəxri qonağı olduğu Türk dünyasının ortaq dəyəri olan Novruz bayramı ilə bağlı Spektrium Beynəlxalq Konqres Mərkəzində keçiriləcək. Tədbir 21 mart 2022-ci il tarixində baş tutacaq.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun verdiyi məlumata görə: tədbirdə Türkiyə Böyük Millət Məclisindən Azərbaycan, Kıpr, Özbəkistan, Türkmənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Orhan Erdem, Osman Mesten, İbrahim Aydemir, Türkiyə Prezidentinin baş müşaviri, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış iştirak edəcəklər. Eyni zanabda azərbaycanlı deputatlar Vüqar İskəndərov və Naqif Həmzəyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Cahid Kaz;mov bayram tədbirinə qatılacaqlar.

Diaspor təşkilatının sədri Həsənoğlu həmçinin bildirib ki: rəsmi açılışa ŞKTR prezidenti başda olmaqla bir sıra dövlət rəsmləri iştrak edəcəklər. Eyni zamanda türk xalqlarının novruz adət-ənənələri sərgilənəcək.

Tədbirdə çıxışlardan sonra azərbaycanlı gənc müğənni Nigar Rəhimovanın ifaları ilə konsert proqramı baş tutacaq.

www.yenicag.az

634
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv