!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kiprdən İMTİNA: İsrailin oyunlara ev sahibliyi etməyəcək

!Reklam – Yazi

Kipr İsrail klublarının oyunlarına ev sahibliyi etməkdən imtina edib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Anna Prokopiou bildirib. O deyib ki, Kipr təhlükəsizlik səbəbi ilə İsrail klublarının ev oyunlarını keçirməyəcək.

Qeyd edək ki, bu yaxınlarda Larnaka Avropa Liqasının qrup mərhələsinin oyununa ev sahibliyi edib. Bu oyunda İsrailin “Makkabi Hayfa” klubu İspaniyanın “Vilyarreal” klubunu qəbul edib (1:2).

Mətbuatda “Makkabi”nin futbolçularına və heyətinə antisemitizm münasibəti ilə “Vilyarreal”la oyundan əvvəl oteli tərk etmək qadağan edilib. Komanda Kiprə çatdıqdan sonra yerli və İsrail təhlükəsizlik qüvvələrinin mühafizəsi altında olub.

Həftə sonu Larnaka polisi Qəzzada fələstinlilərə yardım edən bir xeyriyyə təşkilatının direktoru ilə bağlı insidenti araşdırıb Nəticədə onun giriş qapısına donuz başı asıldığı və ölümlə hədələndiyi məlum olub. Zərərçəkənin sözlərinə görə, təhlükə Kiprdə yaşayan israillilərdən gəlib.

Bütün bunlardan sonra Kipr hakimiyyəti bu təcrübəni davam etdirmək istəmir.

“Dövlət üçün vətəndaşların təhlükəsizliyi hər şeydənirəlidir. Biz bütün məlumatları nəzərə alaraq qərara gəldik ki, futbol matçlarının keçirilməsi ilə bağlı müraciətlərə müsbət cavab verilməməlidir”, Prokopiou deyib.

Xatırladaq ki, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi oktyabrın 19-da qərar verib ki, Yaxın Şərqdəki münaqişə səbəbindən təşkilatın himayəsi altında keçiriləcək görüşlər növbəti xəbərdarlığa qədər İsraildə keçirilməyəcək.

Xuraman Etibarlı

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv