!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kirayə bazarındakı vəziyyət: "Rusiya vətəndaşlarının Azərbaycandan əmlak alması..."

!Reklam – Yazi

Məlumdur ki, Rusiyada səfərbərliyin elan olunması əksər insanların xarici ölkələrə köç etməsinə yol açıb. Bu fonda Ruisyada yaşayan əksər vətəndaşlarımız da Azərbaycana qayıdırlar. Ölkəyə axın isə əmlak bazarına təsirsiz ötüşmür.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, Rusiyadan ölkəmizə gələn yerli və xarici vətəndaşlar kirayə mənzillərə daha çox üstünlük verirlər:

“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, xüsusən də Rusiyaya tətbiq olunan sanksiyalar fonunda orada yaşayan soydaşlarımız Azərbaycanda olan əmlaklarını satmağa məcbur oldular. Çünki Rusiyada yaşayan vətəndaşlarımızın böyük əksəriyyəti bizneslə məşğuldur. Sanksiyalar isə onların biznesinə mənfi təsir göstərdi. Səfərbərlik elanından sonra həmyerlilərimizin çoxu ölkəyə qayıdıb. Gələnlər içərisində ruslara da rast gəlmək mümkündür. Bu baxımdan, yeni tikililərdə olan evlərə tələbat çoxalıb və aylıq kirayə qiyməti 600 manatdan başlayır.

Hazırda əmlak satışına maraq olmasa da, qarşıdakı dövrdə tələbat arta bilər. Onu da qeyd edim ki, rus vətəndaşlarının Azərbaycandan əmlak alması yalnız çıxarışı olan mənzillərdə mümkündür. Çünki qanunvericiliyə görə, istər ruslar, istərsə də Rusiyada yaşayan azərbaycanlılar əgər Rusiya vətəndaşıdırlarsa, onların Azərbaycandan daşınmaz əmlak alması üçün əmlakın çıxarışı mütləq olmalıdır. Həmin şəxslər yalnız mərkəz ətrafındakı köhnə tikililər və çıxarışlı binalardan mənzil sahibi ola bilərlər”.

Gülşən Şərif

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv