!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kirayə ev elanı FIRILDAĞI: "Vətəndaş virtual görünüşlə qərar verməməlidir"

!Reklam – Yazi

“Vətəndaşlar bilməlidir ki, hansısa ev elanı saytlarında yerləşdirilən mənzillər sadəcə məlumat xarakterlidir”.

Bu sözləri son zamanlar kirayə ev axtaran şəxslərin elan saytları tərəfindən aldadılması faktlarının artmasına münasibət bildirən əmlak eksperti Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əslində, sözügedən fırıldaq halları əvvəllər də var idi, sadəcə son zamanlar daha çox artıb:

“Ona görə də ev elanı saytlarından mənzil seçən vətəndaşlar yaxşı olardı ki, beh vermədən öncə evi gedib görsünlər. Yalnız virtual görünüşlə qərar verməsinlər. Vətəndaşlar bilməlidir ki, hansısa ev elanı saytlarında yerləşdirilən mənzillər sadəcə məlumat xarakterlidir. Elanın doğruluğunu müəyyən etmək üçün mənzilin sahibi ilə əlaqə saxladıqdan sonra mənzilin, həqiqətən, ona aid olub-olmadığını müəyyənləşdirmək üçün sənəd tələb edilməlidir. Daha sonra kirayə müqaviləsi bağlandıqdan sonra ödəniş etmək olar. Beh məqsədilə vətəndaşdan ödəniş tələb edilməsi hallarına aldanmamaq lazımdır. Nəinki kirayə, hətta alqı-satqı məsələsində də məlum problemlər yaşanır. Bəzən elan saytına xarici nömrə qoyurlar və guya xaricdə yaşayan həmin vətəndaş Azərbaycanda olan mənzilini satır. Onlar ölkəyə gəlmək imkanının olmadığını bildirərək evi almaq istəyən şəxsdən beh istəyirlər. Bu cür şəxslərə inanmamaq lazımdır. Bütün hallarda, ev məsələsində fırıldaqla üzləşən şəxslər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər və həmin nömrələrin kimə məxsus olduğu ciddi araşdırılmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv