!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kirayə mənzil bazarında SON DURUM: Qiymətlər necədir? - SİYAHI

!Reklam – Yazi

Paytaxtın kirayə bazarında durğunluq müşahidə olunur. Bu da yay fəsli, eyni zamanda cari tədris ilinin yekunlaşması ilə əlaqədardır.

Yenicag.az Bakıdakı kirayə mənzillərin qiymətlərini araşdırıb. Bu məqsədlə paytaxtın bir neçə ərazisində olduq.

Maklerlərlə söhbət əsnasında məlum oldu ki, ən ucuz kirayə mənzillər Bakıətrafı kənd və qəsəbələrdə təklif olunur. Belə ki, həmin yerlərdə birotaqlı mənzillərin qiyməti təxminən 150-200 manat civarındadır. Söhbət həyət evlərindən gedir. Evlərin qiyməti otaq sayına görə dəyişir.

Ən baha mənzillər isə əsasən mərkəzə və metrostansiyalara yaxın yerləşən ərazilərdədir. Məsələn, İnşaatçılar metrosu yaxınlığında birotaqlı mənzillər 350 manatdan başlayır.

İkiotaqlı mənzillərin ilkin qiymətləri isə minimum 400-450 manat təşkil edir.

Metronun Elmlər Akademiyası stansiysı yaxınlığında üçotaqlı evlərin qiyməti 500-600 manata təklif olunur.

Mərkəzdə yerləşən bir və ikiotaqlı evlər isə minimum 700-800 manata başa gəlir.

Qeyd edək ki, həyət evləri hər zaman olduğu kimi bina evlərindən qiymətin aşağı olması ilə fərqlənir. Burada qiymətlər mənzillərin şəraitindən asılı olaraq dəyişir.

Bina evləri həmişəki kimi dominatlığını saxlamaqdadır. Onu da öyrəndik ki, kirayənişinlər bir və ikiotaqlı mənzillərə üstünlük verir. Bu da kommunal ödənişlər və digər tələbatlarla əlaqəlidir.

Qeyd edək ki. sentyabr ayında kirayə mənzil bazarında canlanma müşahidə olunacaq. Maklerlər bunun səbəbini yeni tədris ilinin və şəhərə tələbə axınının başlanması ilə izah edib.

Yusif Səmədzadə

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv