!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kirayə vermək məqsədi ilə ev almaq düzgün yatırımdır?

!Reklam – Yazi

Günümüzdə bir çox yatırım vasitələri var, amma bu yatırım vasitələrini seçərkən hər həs uğurlu olmur. Hansı sahədə yatırılan investisiya daha uğurlu alınır? Hansı investisiya sahələri pulu devalvasiyadan və bahalaşmadan daha yaxşı qoruya bilir? 

Yenicag.az xəbər verir ki, bu barədə Valyuta.az-a danışan investisiya üzrə mütəxəssis Rövşən Hüseynov bildirib ki, müxtəlif sahələrə yatırılan investisiyalar gəlirli ola bilər: “Azərbaycanda və dünyada hazırda daha çox gəlir gətirən yatırım vasitələrdən biri kripto pullardır. Çünki kripto bazarı yeni yarandığı üçün gəlir gətirməsi ehtimalı daha çoxdur, amma riskləri düzgün idarə etmək lazımdır. Yeni tikili binalardan ev almaq gəlirli və çox yaxşı yatırım vasitələrindən biridir. Ev alarkən yatırım vasitəsilə almaq olar, amma kirayə vermək məqsədi ilə alınan evlər düzgün yatırım strategiyası deyil. Torpaq sahəsi almaq da uğurlu yatırım strategiyasıdır və gələcəkdə çox gəlir gətirmək ehtimalı çoxdur”.

Mütəxəssis uğursuz yatırım vasitələrindən də danışıb: “Əlavə olaraq pulu dollar olaraq saxlamağı düşünmək uğurlu strategiya deyil. Çünki dolların da devalvasiyası olur və dollar da öz əhəmiyyətini itirir. Məsələn, 100 dollar ilə bu il aldığımız məhsulu bir-iki il sonra ala bilmiriksə, bu zaman pulu dollar olaraq saxlamağın uğursuzluğu görünür. Bunlardan əlavə, böyük şirkətlərin səhmlərini almaq kimi yatırım vasitələri də var ki, bunlar çox gəlir gətirmir. Alış və satış komissiyası çox olduğu üçün bu səhmləri almaq sərfəli deyil”.

R.Hüseynov pulu devalvasiyadan və inflyasiyadan qormağın yollarını da qeyd edib: “Pulu həm devalvasiyadan, həm də inflyasiyadan qorumağın ən yaxşı yollarından biri qızıla yatırılan investisiyadır, amma gəlir əldə etmək üçün çox da yaxşı vasitə deyil. Pulu devalvasiyadan qoruyan və daha çox gəlir gətirən yatırım vasitəsi kripto pullardır. Çünki, kripto pullar dollar ilə alındığı üçün devalvasiyaya uğraması ehtimalı daha azdır”.

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv