!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kirayənişini döyən gənc: “Anamı onun maşınında gördük”

!Reklam – Yazi

Anası ilə münasibəti olduğundan şübhələnərək tanışını döyüb xəsarət yetirən 21 yaşlı oğlana hökm oxunub.

Yenicag.az xəbər verir ki, hadisə bu ilin yanvarında Bakıda baş verib. Belə ki, 21 yaşlı Anar Feyzullayev (ad və soyad şərtidir) anası Gülnaz Feyzullayevanın (ad və soyad şərtidir) tanışları Azər Əhmədovla (ad və soyad şərtidir) qeyri-rəsmi münasibətini sübut etmək üçün kamera ilə video çəkmək istəyib. Azər Əhmədov həmin vaxt onun əlindən telefonu alaraq yerə atıb. Bundan hiddətlənən Anar ona yumruqla xəsarət yetirib.

Hadisə ilə bağlı açılan cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən təqsirləndirilən Anar Feyzullayev bildirib ki, anasının tanışları kimi təqdim etdiyi Azər Əhmədovla əlaqəsi olduğundan şübhələnib və bu barədə atasına da deyib:

“Atam işləri ilə əlaqədar Rusiyada yaşayırdı. Bizim iki evimiz var idi və birində Azər kirayə qalırdı. Tez-tez evimizə gəlib getməsi məni şübhələndirmişdi. Anamdan onun kimliyini soruşanda dedi ki, dostudur və atam da onu tanıyır. Zamanla onlar arasında münasibətin olduğundan şübhələndim və atam Azərbaycana gələndə ona bu barədə dedim. Bir gün də atamla birlikdə anamı Azərin maşınında gördük. Arada mübahisə yarandı. Azər mənim telefonumu yerə ataraq sındırdı, atamın da sinəsindən vuraraq itələdi. Mən də buna dözə bilməyib onun üz və baş hissəsinə yumruqla vurdum”.

Hadisə zamanı xəsarət alan Azər Əhmədov ifadəsində deyib ki, onun Gülnazla heç bir münasibəti olmayıb:

“Biz sadəcə tanış idik. Ona ev təmiri və sənəd işlərində köməklik edirdim. Hadisə baş verən günü də elə sənədlə bağlı görüşmüşdük. Onun həyat yoldaşı və oğlu bizə yaxınlaşaraq mübahisə etməyə başladılar. Anar məni videoya çəkirdi. Mən dəfələrlə ona çəkməməsini dedim. O isə məni dinləmədi. Bundan əsəbiləşərək onun telefonunu əlindən alıb yerə atdım. O isə məni döydü”.

Məhkəmədə şahid qismində iştirak edən Gülnaz Feyzullayeva deyib ki, övladları ona böhtan atıb:

“Azərlə qeyri-rəsmi münasibətim yoxdur. Həyat yoldaşımla 29 ildir ki, evliyik. Bu evlilikdən 3 övladımız olub. Biz birlikdə Rusiyada yaşayırdıq. 2008-ci ildə mən uşaqlarımla birlikdə Azərbaycana qayıtdım. Yoldaşım isə orada qaldı. Bundan sonra bizim münasibətlərdə problemlər yarandı. 2021-ci ildə də mən boşanmaq üçün ərizə verdim. Bundan sonra o da məndən boşanmaq üçün məhkəməyə müraciət edib. Azər isə bizim tanışımız olub. Mənim sənəd işlərimdə çox kömək edib. Elə evdə də təmir işi lazım olanda o tez yetişib. Uşaqlarım mənə böhtan ataraq guya Azərlə münasibətim olduğunu deyirlər. Belə bir şey yoxdur”.

Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Azər Feyzullayev 1000 manat məbləğində cərimə olunub. Bundan başqa, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

www.yenicag.az

504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv