Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Kişi arvadını və 40 günlük körpəsini bıçaqladı - FOTOLAR

Türkiyənin İstanbul şəhərində boşanma ərəfəsində olan kişi üç nəfəri bıçaqlayıb.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Avcılar ərazisində baş verib.

Xəbərdə bildirilir ki, 40 yaşlı Mehmet Çakmaktaş 44 yaşlı arvadı Əminə Çakmaktaşı, onun birinci ərindən olan 24 yaşlı qızı Özgə Gökbayrağı və 40 günlük körpələri Esilanı bıçaqlayıb.

Məlum olub ki, Mehmet Çakmaktaş “Atamın şəkli niyə yerə düşüb?” deyə arvadını və ögey qızını döyüb. Qadın körpə uşağı və qızı ilə qaçmaq istəyəndə kişi onların üçünü də bıçaqlayıb. Onların səsinə gələn qonşular tibb işçilərinə və polisə xəbər veriblər.

Hadisəni törədən M.Çakmaktaş tutulub. (ölkə.az)

www.yenicag.az

207