!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kişi keçmiş kürəkənini baltaladı - TƏFƏRRÜAT

!Reklam – Yazi

Bakının Sabunçu rayonunda 1953-cü il təvəllüdlü Səfa qızının keçmiş əri Azərə xəsarət yetirib.

Yenicag.az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə ötən ilin dekabrın 26-da, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4 saylı binanın qarşısında baş verib.

Səfa keçmiş kürəkəni Azərin keçmiş ailəsinə biganə yanaşması səbəbindən üzərində olan balta ilə onun bədəninin müxtəlif nahiyələrindən qəsdən vurub.

Hadisəni törədən Səfanın barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səfa ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Azər onun həmkəndlisi və keçmiş kürəkənidir: “Azər 2003-cü ildə qızım Çiçəklə ailə həyatı qurub. Bu nikahdan onların üç uşağı dünyaya gəlib. Azər uzun illər ailəsi ilə birlikdə Moskva şəhərində yaşamaqla biznes fəaliyyəti ilə məşğul olub. İlk vaxtlar Azər Çiçəklə mehriban dolansa da, son illər qızım ilə kobud davranmağa başlayıb, onların ailə münasibətlərində soyuqluq yaranıb. Həmin ərəfələrdə Azər qızımla evdə dəfələrlə mübahisə edib, onu döyüb. Qızım ailəsini qorumaq üçün Azərin hərəkətlərindən şikayət etməyib”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2017-ci ilin əvvəllərində qızı Çiçək ailə münasibətləri pozulduğundan uşaqlarını da götürərək Bakı şəhərinə gəlib və ərinə məxsus Bakıxanov qəsəbəsindəki evdə yaşamağa başlayıb: “Azər isə Moskva şəhərində biznes fəaliyyətini davam etdirib. Qızım Çiçək Bakı şəhərinə gələndən sonra Azər uşaqları ilə maraqlanmayıb, onlara qayğı göstərməyib. Odur ki, Çiçək iki uşaqla baxımsız qaldığınıdan qızım və nəvələrimə maddi dəstək olmaqdan ötrü özümün yaşadığım evi kirayəyə verdim. Mən gah qızımgildə, gah da digər oğlumun evində qalmağa başladım. Azər ailəsinə baxmadığından, özüm qızımın ailəsini saxlamışam”.

Səfanın sözlərinə görə, 2022-ci ilin may ayında Çiçək Moskva şəhərində Azərdən məhkəmə qaydasında boşanıb: “Hazırfa onların arasında Moskva şəhərindəki əmlak bölgüsü və aliment tələbi ilə bağlı məhkəmədə mülki mübahisə gedir. Azər boşanandan sonra da ayrı-ayrı şəxslərlə qızımın yaşadığı mənzilə gəlib-gedib. Bu hal xoşuma gəlməyib. Hadisədən bir il əvvəl Azər qızımı döyüb evdən qovub”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, dekabrın 25-də qızı Çiçək ona Azərin qohumunun toy məclisində iştirak etməsi üçün səhərə yaxın Bakıya qayıdacağını və birbaşa onun yaşadığı mənzilə gələcəyini deyib: “Qızım Çiçəyin deməsindən məlum oldu ki, Azər qardaşı Bünyadla birlikdə gələrək qızımı və nəvələrimi mənzildən çıxartmaq istəyir. Bunun qarşısını almaq üçün qızımın yaşadığı mənzilə getdim. Səhər saat 5 radələrində Azərin gələcəyəni bildim. Mətbəxdən ət doğrayan baltanı götürərək evin giriş blokunun yaxınlığında Azəri gözləməyə başladım. Baltanı Azəri qorxutmaq, onun mənzilə qalxmasının qarşısını almaq məqsədi ilə götürmüşdüm. Bunu edərkən balta ilə kiməsə xəsarət yetirmək niyyətim olmayıb. Təxminən 15-20 dəqiqə sonra Azər qardaşı oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə binanın qabağına gəldi. Avtomobildən birinci Azər düşdü. Düşən kimi də əlimdə balta ilə Azərə yaxınlaşdım və ondan qızım ilə boşandığı halda, bu evdə nə işinin olduğunu soruşdum. Azər baltanı əlimdən almaq istədi. Mən isə baltanı çəkdim. Bu zaman balta Azərin əlinə dəydi. Daha sonra Bünyad və oğlu avtomobildən düşərək baltanı əlimdən aldılar, məni itələyərək yerə yıxdılar. Bünyad üzərimə oturaraq dizini sinəmə qoydu, sıxmağa başladı. Ağrıdan qışqıraraq qonşuları köməyə çağırdım. Səsimə qonşular gəldi. Bundan sonra Azərlə Bünyad qaçaraq hadisə yerindən getdi. Hadisə nəticəsində səhhətim pisləşdi və üç dəfə təcili tibbi yardım həkimləri evimə gələrək məni müayinə etdilər”.

İş üzrə zərərçəkmiş Azərin sözlərinə görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydiyyatda olsa da, biznes fəaliyyət ilə əlaqədar 20 ilə yaxındır ki, Rusiya Federasiyasının Moskva şəhərində yaşayır: “Çiçək ilə 2003-cü ildə ailə həyatı quraraq Moskvada yaşamışıq. Birgə nikahdan 3 uşağımız var. Son illərdə münasibətlərimiz pisləşdiyindən 2022-ci ilin yaz aylarında boşandıq. Birgə yaşadığımız müddətdə aramızda xırda mübahisələrimiz olsa da, heç vaxt arvadıma əl qaldırmamışam. Bundan sonra alınmış mülklərin bölünməsinə dair məhkəmə mübahisələrimiz başlanıb. Dəfələrlə Çiçəklə barışmaq istəsəm də, Səfa buna imkan verməyib. Çiçək və iki uşağım mənə məxsus nikahdan əvvəl aldığım Bakıxanov qəsəbəsi, Sülh küçəsindəki mənzildə, böyük oğlum isə mənimlə birlikdə Moskvada yaşayır. Boşandıqdan sonra övladlarımın dolanışığı üçün əlimdən gələn qədər maddi yardım etmişəm”.

Zərərçəkmiş deyib ki, dekabrın 26-da qohumunun toy məclisində iştirak etmək üçün Bakı şəhərinə gəlib: “Məni hava limanında qardaşım Bünyad və qardaşım oğlu Amil qarşıladılar. Qardaşıma uşaqlarım üçün aldığım hədiyyələri verməkdən ötrü Bakıxanov qəsəbəsində yerləşən mənzilinə getmək istədiyimi dedim. Qardaşım isə hədiyyələri başqa vaxt verməyimi bildirdi. Qardaşıma ləngiməyəcəyimi, hədiyyələri verib tez qayıdacağımı dedim. Bundan sonra qardaşım oğlunun idarə etdiyi avtomobillə Bakıxanov qəsəbəsinə getdik. Saat təxminən 5 radələrində həmin yerə çatdıq. Evə qalxmaq üçün binanın qarşısında avtomobildən düşdüm. Qardaşım və qardaşım oğlu isə avtomobildə məni gözlədilər. Bu vaxt keçmiş qayınatam Səfa qəfildən ağacların arasından çıxdı, üzərimə hücum çəkərək balta ilə mənə iki zərbə endirdi. Səfadan baltanı almaq istəyərkən əlimdən xəsarət aldım. Bundan sonra qardaşım oğlu Amil avtomobildən düşdü, baltanı Səfanın əlindən alaraq avtomobilə qoydu. Səfa yerə yıxılaraq qışqırdı və qonşuları köməyə çağırmağa başladı. Səfanın ona kimsənin hücüm etmədiyi halda, nə səbəbə qışqırdığını başa düşmədim.

Hadisədən sonra dərhal Amil məni xəstəxanaya apardı. Orada yaralarımı tikdirdim və 20 gün xəstəxanada müalicə olundum”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səfa 3 il müddətinə azadlıqdan məhrum edilib.

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv