!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kişilər və qadınlar fərqli günlərdə parka gedə bilərlər - İnanılmaz QƏRAR

!Reklam – Yazi

“Taliban” hökuməti qadın və kişilərin eyni vaxtda parklarda olmalarının qarşısını almaq üçün onların ayrılıqda həmin yerlərdə gəzə biləcəyi həftənin günlərini müəyyən edib.

Yenicag.az “Aamaj News”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fəzilətin Təşviqi və Əxlaqsızlığın Arındırılması Nazirliyi məlumat yayıb.

“Qadınlar istirahət və əyləncə yerlərini bazar, bazar ertəsi və çərşənbə axşamı günləri ziyarət edə bilər, kişilər üçün isə çərşənbə, cümə axşamı, cümə və şənbə günləri ayrılıb”, – “Taliban” bildirib.

Fərmana əsasən, qadınlar hicab taxmaq qaydasına riayət etməklə bu günlərdə parklarda əylənə bilərlər.

Eyni zamanda nazirlik ictimai istirahət yerlərini ziyarət edəcək “Taliban” tərəfdarlarına “hərbi geyimdə olmamağı və silah daşımamağı” tövsiyə edib.

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv