!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kişilər və qadınlar üçün spirtin təhlükəsiz DOZASI - ARAŞDIRMA - FOTO

!Reklam – Yazi

Kişilər gündə 40 qram, qadınlar isə 20 qramdan artıq təmiz spirt içə bilməzlər.

Yenicag.az xəbər verir ki, bununla bağlı alimlər tədqiqat aparıb. Tədqiqatın nəticələrinə görə, 20 q spirt dozası 0,5 litr pivə, 200 ml şərab (iki stəkandan bir qədər az) və 60 ml viskiyə bərabərdir.

“Başa düşmək lazımdır ki, hətta bu kiçik görünən hissələrdə belə spirtli içki qəbul etmək, problemlərə səbəb ola bilər. Əgər içki səhv vaxtda və ya yanlış yerdə qəbul olunubsa, pis təsir edə bilər”, – mütəxəssislər bildiriblər.

Beləliklə, işdən sonra bir stəkan şərab və ya bir banka pivə tamamilə normaldır. Lakin elm adamları hələ də spirt istehlakını minimuma endirməyi məsləhət görürlər.

“Sağlamlığınıza zərər verməmək üçün həftədə ən azı iki gün spirtli içki qəbul etməməlisiniz”, – onlar tövsiyə edirlər.

Xuraman Etibarlı

www.yenicag.az

353
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv