Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kitabların vergidən azad olunması müsbət haldır, yoxsa...? - Zidd yanaşmalar

Vergilər Məcəlləsinə edilən dəyişikliklərə əsasən, kitabların və bütün dərsliklərin idxalı və satışı ƏDV-dən azad edilir. Nəzərdə tutulan dəyişiklik isə cəmiyyətdə birmənalı qarşılanmır. 

Bu qərarın mümkün təsirlərini dəyərləndirən “BookZone” Kitab evinin rəhbəri Seymur Tağıyev Yenicag.az-a açıqlamasında bildirib ki, bu qərar doğma dildə kitab oxuyanların sayını azaldacaq:

“Kitabların ƏDV-dən azad olunması çoxdan gözlənilən məqam idi. Qərarın qəbul olunması sevindirici haldır. Bu addım kitabların satışı, nəşriyyat və mətbəələrin fəaliyyətinə müsbət təsir edəcək. Yeganə mənfi nüans odur ki, xaricdən gətirilən bədii ədəbiyyata aid kitabların vergidən azad olunması yerli nəşriyyatlar üçün problem yarada bilər. Çünki bir çox kitabların Azərbaycan dilində tərcüməsi yoxdur və ya qiyməti oxucular üçün münasib deyil. Azərbaycanda 500-1000 tirajla çıxan kitabın qiyməti baha olduğu halda, digər ölkələrdə həmin kitab on minlərlə tirajlandığı üçün qiymətləri ucuz olur. ƏDV-nın qaldırılması ilə həmin kitablar ölkəyə daha çox gətiriləcək. Nəticədə kitabların Azərbaycan dilindən daha çox, rus və türk dillərində oxunmasına şərait yarada bilər. Bu baxımdan xaricdən bədii ədəbiyyatın idxalına verginin tətbiqi daha yaxşı olar. Kitabçılar üçün hazırkı qərar xeyirli olsa da, nəşriyyatın inkişafı baxımdan effektiv deyil. Azərbaycan nəşriyyatı Rusiya və Türkiyə nəşriyyatları ilə ayaqlaşmaqda çətinlik yaşaya bilər. Ona görə də qərarın detallarına bir daha nəzər salınması məqsədəuyğun olar”.

Sözügedən qərarın müsvət addım olduğunu vurğulayan təhsil eksperti Elçin Əfəndi isə qeyd edib ki, kitabların vergidən azad olunması oxucuların sayını artıracaq:

“ƏDV-dən azadolunma qərarı ölkəyə gətirilən xarici kitabların və daxildə çap olunan kitab sayında artıma səbəb olacaq. Bu, cəmiyyətin maarriflənməsinə təkan verən addım olacaq. Eyni zamanda təhsil müəssisələrində istifadə olunan dərsliklərin çapının ƏDV-dən azad olunması müsbət təsirlərə səbəb olacaq. Bugünə kimi ƏDV tətbiq olunduğu üçün kitabların qiyməti yüksək olurdu. Artıq 10-15 manatlıq kitabların qiymətində ucuzlaşma baş verəcək. Yaxşı olardı ki, ölkəyə gətirilən kağızların qiymətinə də müəyyən güzəştlər tətbiq olunsun. Çünki kağızların ƏDV-dən azad edilməsi vacibdir. Bu addım kitab çapı və dərsliklərin daha ucuz qiymətə başa gəlməsinə yol aça bilər”.

Gülşən Şərif

www.yenicag.az

204
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100