!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KİV: Boris Conson istefa verəcək - YENİLƏNDİ

!Reklam – Yazi

Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.

Yenicag.az “Sky nuys”a istinadən xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib.

“Mən yeni lider seçilənə kimi vəzifəmi icra edəcəyəm”, – o bildirib.

Qeyd edək ki, Mühafizəkarlar Partiyası yeni liderin və yeni baş nazirin təyin olunması tələbi ilə çıxış edib.

*** 13:20

Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün xalqa müraciət edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

BBC-nin məlumatına görə, Boris Conson Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verəcək. Eyni zamanda, o, payıza qədər baş nazir vəzifəsində qalacaq.

Mühafizəkarlar Partiyasının liderlik yarışı bu yay keçiriləcək və partiyanın oktyabrda keçiriləcək konfransından əvvəl yeni baş nazir təyin olunacaq.

Qeyd edək ki, Conson 24 iyul 2019-cu ildən Böyük Britaniyanın 77-ci baş naziridir.

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv