!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KİV: "İranın vitse-prezidenti istefa verdi"

!Reklam – Yazi

İranın elm və texnologiya üzrə vitse-prezidenti Sorena Səttari istefa verib.

Yenicag.az xəbər verir ki, məlumatı İran KİV yayıb.

Rəsmi mənbələr isə məlumatı nə təkzib, nə də təsdiq edib.

Beləliklə, onun istefasının səbəbi açıqlanmayıb. Bununla yanaşı, bəzi mənbələrdə Sorena Səttarinin Albaniyanın infrastrukturlarına kiberhücumla əlaqəsinin ola biləcəyi iddia olunur.

Xatırladaq ki, rəsmi Tirana Tehranı Albaniyanın milli informasiya infrastrukturuna kiberhücumda ittiham edib. Bundan sonra Albaniya İranla diplomatik əlaqələri kəsib.

Qeyd edək ki, S.Səttari 1972-ci ildə İranın Tehran bölgəsində anadan olub. O, 1992-ci ildə İran Prezidentinin elm üzrə dəftərxana müdirinin müavini vəzifəsində çalışıb. S.Səttari İranın keçmiş prezidenti Həsən Ruhaninin və indiki hökumət başçısı İbrahim Rəisinin kabinetində vitse-prezident vəzifələrini tutub.

Məlumat üçün bildirək ki, İranın müxtəlif sahələr üzrə 5 vitse-prezidenti var./Report/

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv