!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KİV: "Rusiyada təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 75-ə çatıb" - YENİLƏNDİ

!Reklam – Yazi

Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətinin səmasında “İl-76” hərbi-nəqliyyat təyyarəsinin vurulmasını terror aktı kimi qiymətləndirib.

Yenicag.az xəbər verir ki, bu barədə nazirliyin hadisə ilə bağlı yeni açıqlamasında bildirilib.

Qeyd olunub ki, rəsmi Kiyev Belqorod vilayətində “İl-76” təyyarəsini vuraraq terror aktı törədib: “Təyyarənin göyərtəsində olan hər kəs, o cümlədən ukraynalı əsirlər ölüblər. Əsirlərin dəyişdirilməsi, əvvəllər əldə edilmiş razılaşmaya əsasən, günorta saatlarında Rusiya-Ukrayna sərhədindəki Kolotilovka keçid məntəqəsində baş tutmalı idi”.

***

15:42

Rusiya İl-76 hərbi-nəqliyyat təyyarəsinin vurulması nəticəsində göyərtədə olan hər kəsin öldüyünü təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru teleqramda yazıb.

O bildirib ki, təyyarə yaşayış məntəqəsinin yaxınlığındakı əkin sahəsinə düşüb.

Qubernatorun sözlərinə görə, hazırda qəza yeri mühasirəyə alınıb: “Bütün əməliyyat xidmətləri işləyir, istintaq tədbirləri aparılır”.

“Rusiyanın Belqorod vilayəti ətrafında “İl-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı informasiya araşdırılır.

Bu isə Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Nazirlik qeyd edib ki, Ukraynanın rəsmi şəxslərinin açıqlamasını gözləyir, Rusiyanın yaydığı xəbərlərə inanmırlar.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatında isə qeyd olunub ki, Rəsmi Kiyev “İl-76” hərbi-nəqliyyat təyyarəsini vurmaqla ağılagəlməz vəhşilik aktı törədib.

Nazirlik vurğulayıb ki, bu hadisə Ukrayna ilə istənilən razılaşmanı şübhə altına alır.

Qeyd edək ki, yanvarın 24-də Belqorod yaxınlığında “İl-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 74 nəfər ölüb. Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, ölənlərdən 65-i əsrilikdə olan Ukrayna hərbçisi, 6-sı ekipaj üzvü, 3-ü isə müşayiətçidir.

***

14:46

Rusiyada hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 75-ə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, təyyarə yerə düşməzdən əvvəl havada partlayış səsləri eşidilib.

***

14:10

Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Rəsmi qurumlar hələ ki məlumatı təsdiqləməyib.

***

13:38

Rusiya Müdafiə Nazirliyi İl-76 hərbi nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğramasını təsdiqləyib.

Yenicag.az xəbər verir ki, Rusiya MN-dən verilən açıqlamada bildirilib ki, bu gün saat 11.00 radələrində Belqorod vilayətində İl-76 təyyarəsi qəzaya uğrayıb.

Qeyd olunub ki, İl-76 təyyarəsinin göyərtəsində dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, 6 ekipaj üzvü və 3 onları müşayiət edən şəxs olub.

***

13:26

Rusiyanın İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, Rusiyanın “112” teleqram kanalının məlumatına görə, qəzaya uğrayan “İl-76” hərbi nəqliyyat təyyarəsində 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilib.

Bildirilib ki, hərbi-nəqliyyat təyyarəsi olan İl-76 Belqorod vilayətinin Koroçansk rayonunda qəzaya uğrayıb.

“Koroçansk rayonunda insident baş verib. Hazırda Fövqəladə Hallar Nazirliyinin istintaq qrupu və əməkdaşları hadisə yerində işləyir. İş qrafikimi dəyişib əraziyə gedirəm. Bütün təfərrüatlar barədə daha sonra məlumat verəcəm “, – deyə Belqorod vilayətinin qubernatoru Qladkov “Telegram” kanalında yazıb.

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv