!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KİV: “Yaponiya Ukraynaya raket və hərbi sursat verməkdən imtina etdi”

!Reklam – Yazi

Yaponiya Ukraynaya tankəleyhinə raketlər və hərbi sursat verməkdən imtina edib.

Yenicag.az xəbər verir ki, Yaponiya tərəfi bunu sorğunu yerinə yetirməyin hüquqi baxımdan çətin olması ilə əsaslandırıb. Yaponiya hökuməti Ukraynaya qoruyucu jilet və dəbilqələr təqdim etmək qərarına gəlib.

Məlumata görə, Ukrayna tərəfi fevralın sonlarında müvafiq sorğu ilə Yaponiyaya müraciət etmişdi.

Yaponiya hökumətinə görə, silah göndərilməsi üçün ölkə xaricinə silah tədarükü ilə bağlı 3 prinsip pozulmalıdır.

Rəsmi Tokio qoruyucu jilet və dəbilqələrdən başqa, həmçinin qış geyimləri, çadırlar, sanitar vasitələr, ərzaq və elektrik generatorları göndərəcək./Report/

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv