!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kıvanç Tatlıtuğ 40 yaşında - FOTOLAR

!Reklam – Yazi

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ doğum gününü qeyd edib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun həyat yoldaşı Başak Dizer ona sürpriz ad günü təşkil edib.

Bir çox məşhurların da qatıldığı partidə həyat yoldaşına təşəkkürünü bildirən Kıvanç ona olan sevgisini dilə gətirib:

“Mənim gözəl həyat yoldaşım, belə bir sürprizlə qarşılaşacağımı gözləmirdim. Bütün sevdiyim dostlarımı bir arada görmək məni çox xoşbəxt etdi.

O qədər gözəl dostlara sahibəm ki, özümü çox varlı hesab edirəm. Yaxşı ki varsınız”.

Kıvançın həyat yoldaşına eşq dolu baxışları isə sosial mediada maraqla qarşılanıb. Hər kəs, “Baxışınız, sevginiz bir ömür boyu davam etsin” məzmunlu şərhlər yazıblar.

Qeyd edək ki, Kıvanç Tatlıtuğ hazırda “Ailə” serialında baş rolu canlandırır.

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv