Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

KİVDF qəzetlər üçün müsabiqə elan etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2021-ci ilin I yarısı üçün qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.

KİVDF-dən Yenicag.az-a verilən məlumata Fondun Müşahidə Şurasının iclasında qəzet redaksiyalarının maliyyələşdirilməsi üçün müsabiqənin keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Beləliklə, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 19 sahə üzrə qəzet layihələrinin maliyyələşdirilməsi qərara alınıb.

Sənəd qəbulu 10 dekabr 2020-ci il tarixindən başlanır və 24 dekabr 2020-ci il tarixində saat 18:00-da bitir.

Müsabiqədə aşağıda göstərilən videotəlimata uyğun olaraq mib.kivdf.gov.az portalında qeydiyyatdan keçməklə və ya sənədləri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim etməklə iştirak edə bilərsiniz.

Ətraflı məlumatı kivdf.gov.az saytından əldə etmək olar.

www.yenicag.az

177