!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Kiyev Ukraynanın Aİ-yə daxil olması üçün “atılıb-düşüb rəqs etməyə” hazırdır" - Kuleba

!Reklam – Yazi

“lazım gələrsə, Kiyev Ukraynanın Avropa İttifaqına daxil olması üçün “atılıb-düşməyə və rəqs etməyə” hazırdır”.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

O bildirib ki, Kiyev Ukraynanın Avropa İttifaqına daxil olması üçün irəli sürülən şərtləri yerinə yetirmək üçün “atlanmağa və rəqs etməyə” hazırdır.

Nazir bildirib ki, Venesiya Komissiyasının bütün əsas tövsiyələri Ukrayna qanunvericiliyinə daxil edilib.

“Əgər bizdən bunu əlavə etməyi tələb etsələr, biz tullanıb-düşüb rəqs edə bilərik”, – Kulebadan qeyd edib.

Amma o, əlavə edib ki, oyunu düzgün oynamaq lazımdır:

“Əgər bizə nəyisə etməyi deyirlərsə və biz bunu ediriksə, bunun nəticəsi olmalıdır”.

O, həmçinin Avropa İttifaqının genişlənməsi prosesinin davam edəcəyinə və Ukraynanın birliyə qoşulacağına əminliyini ifadə edib. Yeganə sual bunu kiminsə  ləngidə biləcəyidir.

Xatırladaq ki, Macarıstan Ukraynanın Avropa İttifaqına daxil olması məsələsinin müzakirəsinin əleyhinədir.

Baş nazir Viktor Orbanın sözlərinə görə, Ukraynanın qəbulu blokun kənd təsərrüfatı siyasətini məhv etmək təhlükəsi yaradır.

Bundan əlavə, Budapeşt 2024-2027-ci illər üçün Aİ-dən Kiyevə hərbi (20 milyard avro) və maliyyə (50 milyard avro) dəstək paketlərini əngəlləyir.

Xuraman Etibarlı

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv