Kiyevdə atışma – Azərbaycan vətəndaşı güllələndi

Kiyevdə atışma nəticəsində 32 yaşlı Azərbaycan vətəndaşı yaralanıb.

Yenicag.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə bu gecə saat 2 radələrində baş verib.

Həkimlərin verdiyi məlumata əsasən, sol baldır nahiyəsindən güllə yarası alan Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirilib.

Həkimlər dava edənlərin spirtli içki qəbul etdiyini bildirib.

Məlumata görə, atışma azərbaycanlılar arasında baş verib.

Digər yaralılar barədə məlumat verilmir.

COP29