!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kiyevdə Azərbaycan səfirliyinin işi bu tarixdə BƏRPA EDİLİR

!Reklam – Yazi

Bu gündən etibarən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib.

Yenicag.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla 30 aprel tarixindən başlayaraq aşağıdakı qrafik üzrə hər gün işləyəcək:

Müraciətlərin qəbulu – 10:00-13:00

Hazır sənədlərin verilməsi – 15:00-18:00

Səfirliyin Konsulluq şöbəsi ilə +380 73 505 00 00 nömrəsi vasitəsilə əlaqə saxlamaq olar.

Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, səfirliyin Lvov şəhəri Fedkoviça 60a ünvanında yerləşən müvəqqəti ofisində mümkün konsulluq xidmətlərinin göstərilməsi 6 may 2022-ci il tarixinədək eyni qrafiklə davam etdiriləcək. Səfirliyin Lvov şəhərində ofisi ilə +380 99 408 99 43 nömrəsi ilə əlaqə saxlamaq olar.

Həmçinin diqqətə çatdırılıb ki, vəziyyətlə əlaqədar müvəqqəti olaraq Azərbaycan Respublikasında verilmiş sənədlərin səfirlikdə yenilənməsi fiziki olaraq mümkün deyil.

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv