!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kiyevdə dəhşətli helikopter qəzasının bəzi detalları məlum oldu – FOTO/VİDEO

!Reklam – Yazi

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində qəzaya uğrayan helikopterlə bağlı hadisə şahidləri danışıblar. Onların sözlərinə görə, helikopter havada alışıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı bunun Fransa istehsalı “Super Puma” olduğunu bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski Brovarıdakı təyyarə qəzasını dəhşətli faciə adlandırıb.

Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba bildirib ki, Brovarıdakı dağıntıların aradan qaldırılması davam edir, uşaqlar isə başqa təhsil müəssisəsinə təxliyə ediliblər.

Onun sözlərinə görə, ölənlərin sayı 18 nəfərə çatıb ki, bunlardan üçü uşaqdır, yaralananlar isə 15-i uşaq olmaqla 29 nəfərdir. Aleksey Kuleba əlavə edib ki, hazırda faciədən sonra itkin düşənlər barədə məlumat yoxdur.

Qəza ilə bağlı versiyaya gəlincə, Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşşenko bildirib ki, bu, təxribat, avadanlıqların nasazlığı və təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verə bilər. Onun sözlərinə görə, müstəntiqlər hadisə ilə bağlı bütün mümkün versiyaları nəzərdən keçirirlər.

Eyni zamanda Ukrayna Prezidenti Ofisindən bildirilib ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin ölümü qurumun fəaliyyətinə hər hansı şəkildə təsir göstərməyəcək. Nazirin səlahiyyətlərini müavinlərdən biri yerinə yetirəcək, lakin bu şəxsin kim olacağı hələ ki məlum deyil.

Məlumata görə, helikopter saat 08:20-də (Bakı vaxtı ilə 10:20 – red.) qəzaya uğrayıb, nəticədə uşaq bağçasının binasına, yaxınlıqdakı çoxmərtəbəli binaya və üç avtomobilə ziyan dəyib.

Qəzadan sonra uşaq bağçasında yanğın başlayıb və təxminən bir saat ərzində söndürülüb.

“Helikopterin göyərtəsində doqquz nəfər olub: Daxili İşlər Nazirliyinin əməliyyat qrupundan altı nəfər, o cümlədən nazirliyin rəhbərliyi, həmçinin Dövlət Fövqəladə Hallar Xidməti ekipajının üç üzvü”, – deyə qeyd edilib.

Ukrayna Prezidenti Ofisindən həmçinin bildirilib ki, nazir Denis Monastırski helikopterlə cəbhənin qaynar nöqtələrindən birinə uçurmuş.

www.yenicag.az

288
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv