!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kiyevdə Xocalı soyqırımının 30 illiyinə həsr olunan elmi konfrans keçirildi

!Reklam – Yazi

Kiyev şəhərində Xocalı soyqırımının 30 illiyinə həsr olunan “Xocalı soyqırımı və tarixi paralellər” adlı elmi konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) ilə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) birgə təşkil etdiyi konfransda Ukrayna Ali Radasının deputatı, elm, ictimai və siyasi xadimlər iştirak ediblər.
BUAK sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev çıxış edərək tarixdəki amansız soyqırımları, o cümlədən Ukrayna tarixində baş verən soyqırımları sadalayaraq Xocalı soyqırımının da belə qanlı soyqırımlar silsiləsindən olduğunu xatırladaraq paralellər aparıb.

Xocalı soyqırımı barədə məlumatlı olduğunu bildirən Ukrayna Ali Radasının deputatı Yuriy Kamelçuk deyib: “1992-ci ilin qışında həm Azərbaycan, həm də Ukrayna hələ də daha güclü və ultratotalitar ölkələrin zərərli təsiri altında idi. Belə bir təsir diqqətdən kənarda qala bilməzdi. Azərbaycanın Xocalı şəhərində qanlı hadisələr baş verib. Dinc əhalinin qətliamı Qarabağ müharibəsi zamanı ən qəddar və qanlı hadisə olub. Qırğınların bir daha təkrarlanmaması üçün nə edə biləcəyimizdən danışarkən, mən yalnız bir şeyə əminəm. Bizim əsas vəzifəmiz müharibələrə, münaqişələrə səbəb olan səbəbləri aradan qaldırmaqdır. Dostluq və diplomatik əlaqələr, investisiyalar və belə bir tarix sabit dünyaya doğru bir addım ola bilər”.

Ukraynada krım tatarları Assosiasiyasının koordinatoru Elvin Kadırov isə çıxış edərək tatarların tarixində baş verən qanlı hadisələrlə Xocalı soyqırımı arasında paralellər aparıb.

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM)sədri Samir Adıgözəlli konfransda məruzə ilə çıxış edərək Xocalı soyqrımının tarixi faktlarla əsaslandırmışdır. 30- cu il dönümündə Xocalı soyqırım həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla Beynəlxalq Təşkilatlardan və dünya birliyindən hadisələrə ədalətli mövqe nümayiş etdirməyi tələbini S. Adıgözəlli çıxışında bildirdi.

Daha sonra çıxış edənlər, professorlar Natiq Bədəlov, Arif Quliyev, Fərhad Turanlı, Azərbaycandan İslahatçı Gənclər Birliyinin sədri Fərid Şahbazlı və digərləri mövzu ətrafında fikir və təkliflərini səsləndiriblər.

Qeyd edək ki, elmi konfrans Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutmuşdur.

www.yenicag.az

619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv