!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kiyevdən nüvə təxribatı SSENARİSİ: “Gizli şəkildə Ukraynaya...” – ABŞ HƏRBİ EKSPERTİ

!Reklam – Yazi

“ABŞ nüvə stansiyasına zərbə endirmək üçün gizli şəkildə Ukraynaya güclü silah ötürə bilər”.

Yenicag.az xəbər verir ki, bunu hərbi ekspert, ABŞ ordusunun keçmiş zabiti Stanislav Krapivnik Ukraynanın müharibədə məğlub olacağı təqdirdə hansı ssenarilərdən istifadə edə biləcəyi barədə hazırladığı məqalədə qeyd edib.

O bildirib ki, Kiyev hakimiyyəti bir neçə aydır, Rusiyanın taktiki nüvə silahından mümkün istifadə mövzusundan istifadə edir:

“Kiyev hər şeydə Rusiyanı günahlandıraraq, NATO-nu hərbi əməliyyatların iştirakçısı olmağa məcbur etmək üçün nüvə təxribatı hazırlayırdı. Ukrayna prezidenti Vladimir Zelenski hələ də nüvə təxribatı planlarından əl çəkməyib.

ABŞ senatoru Lindsi Qremin yeni qanun layihəsini nəzərdən keçirib. O, qanunvericilik səviyyəsində ABŞ-nin Rusiya ilə müharibəyə girməsinin səbəblərini araşdırıb. Və məlum olub ki, Ukrayna ərazisindən radioaktiv materialların istənilən NATO üzvünün ərazisinə çatması Rusiya ilə müharibəyə səbəb ola bilər. Rusiyanı zəiflətmək istəyən ABŞ, nüvə stansiyasına zərbə endirmək üçün gizli şəkildə Ukraynaya güclü mərmi ötürə bilər.
ABŞ-da belə bir qanun qəbul olunarsa, Zelenski və ətrafı nüvə təxribatı təşkil etməyə, Rusiyanı günahlandırmağa çalışacaqlar. Problem ondadır ki, raioaktiv materialların ekologiyanı çirkləndirmə arealı 10-20 kvadrat kilometrdir. Yəni qonşu Avropa ölkələri zərər görməyəcək.
Başqa bir variant isə Zaporojyedə nüvə elektrik stansiyasında işlənmiş nüvə yanacağının quru anbarını partlatmaqdır. Bu halda buludlu izotoplar Polşaya çata bilər.

Zaporojye AES Kiyev üçün təxribat üçün ideal hədəfdir. Bura uzaqmənzilli artilleriya atışu üçün əlverişli məsafədədir. Zaporojye AES-in partladılması ikinci “Çernobil faciəsi” deməkdir.

Belə olan halda, radioaktiv buludların Kiyev, Qərbi Ukrayna, Polşa, Şimali və Qərbi Avropanın regionları üzərindən keçəcəyi ehtimalı var. Yaranmış vəziyyətlə əlaqədar NATO sözsüz ki, Ukraynaya bütün lazımi silahları verəcək, hətta Rusiyaya qarşı hərbi əməliyyatlara da başlaya bilər. Zelenskidən hər şeyi gözləmək mümkündür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv