!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kiyevin ağır itkilərinin SƏBƏBİ: Ukrayna necə PARÇALANACAQ? – FƏRQLİ YANAŞMALAR

!Reklam – Yazi

“Ukrayna ordusunun ümumi döyüş əməliyyatları aparmaq bacarığı yoxdur. Kiyevin ağır itkilər verməsinin səbəbi məhz budur”.

Yenicag.az xəbər verir ki, bunu Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun baş elmi işçisi Frans-Stefan Qadi Ukraynanın ağır itkilərə məruz qalmasının səbəblərini izah edərkən deyib.

O, bildirib ki, Ukrayna silahlı qüvvələrinin əks-hücumunun yavaş tempinin və ağır itkilərinin bir neçə səbəbi var:

“Əsas səbəblərdən biri isə Ukrayna silahlı qüvvələrinin hələ genişmiqyaslı ümumi döyüş əməliyyatları aparmaq bacarığına malik olmamasıdır. Kiyevin əks-hücumları eyni vaxtda baş tutmur. Ukrayna ordusu daha sistemli şəkildə hücumlar həyata keçirə bilsə, müharibənin taleyi dəyişə bilər”.

Pentaqon rəhbərinin keçmiş müşaviri polkovnik Duqlas Makqreqor isə öz növbəsində ABŞ-nin Kiyevə dəstəyi dayandıracağı təqdirdə, Vaşinqtonun Moskva ilə danışıqlar aparacağını, nəticədə isə Ukraynanın ərazilərinin bir hissəsini itirəcəyini bildirib:

“İlk olaraq ABŞ prezidenti Moskvaya mesaj göndərərək Ukraynaya hər hansı yardımı dayandırdığını bildirməlidir. Sonra isə ABŞ bütün hərbi və kəşfiyyat xidmətlərini Ukraynadan çıxarmalıdır. Belə olacağı təqdirdə Vaşinqtonun müttəfiqləri də bunu edəcək. Yalnız bu halda Rusiya Federasiyası ilə ABŞ arasında dialoq baş tutacaq. Nəticədə Ukraynadan qalan hər şey bitərəf elan ediləcək.

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna torpaqlarının müxtəlif şirkətlərə verilməsi üçün çoxlu sayda müqavilələr imzaladığından bu sonluqdan çox qorxur. Kiyev müharibəni uduzsa və ABŞ Rusiya ilə real danışıqlara başlasa, Ukraynanın müharibəyə qədərki razılaşmalarının bir çoxu hüquqi qüvvəsini itirəcək. Zelenski bunu çox yaxşı başa düşür. Bu səbəbdən Ukrayna dövlət başçısının mövqeyi çıxılmazdır. O, Rusiya ilə başladığı münaqişədən heç bir nəticə əldə etmədi. Və yüz minlərlə insanın ölümünə səbəb oldu”.

Nəsimi Ələsgərli

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv