!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kiyevin üzünə bağlanan AVROPA "QAPI"SI: "Ukrayna yardım ala bilməsə..."

!Reklam – Yazi

“Ukraynanın lehinə nəyinsə həll olunacağı mümkün görünmür”.

Bunu Rusiya-Ukrayna müharibəsində təcavüzçü tərəfin üstünlükləri fonunda prosesin mümkün inkişaf istiqamətlərindən danışan politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi çərçivəsində baş verən proseslər ildırım surəti ilə dəyişir:

“Qərbin hərbi yardımları ilə müharibənin taleyini dəyişməyin mümkünlüyü sanılsa da, reallıq tam əksini göstərir. İnsan və hərbi resurs çatışmazlığı səbəbindən strateji əhəmiyyətli şəhər artıq rusların nəzarətinə keçib. Avdeyevka şəhərindən sonra başlayan düzən ərazilər rus hərbçilərinin üstünlük qazanmasına səbəb olacaq.

Avropa diplomatiyasının rəhbəri Cosep Borrell Rusiya-Ukrayna müharibəsinin 3 ay ərzində həll olunacağı ilə bağlı fikir səsləndirib. Cəbhədəki vəziyyəti gördükdən sonra 3 ay sonra Ukraynanın lehinə nəyinsə həll olunacağı mümkün görünmür. Ya hazırkı reallıqlar nəzərə alınmır, ya da Ukraynanı boyun əydirməyə çalışacaqlar. Bu isə Ukraynanın dövlət maraqlarına ziddir. Əgər yardımlar ala bilməzsə, Ukrayna üçün heç də yaxşı olmayan ssenari gözlənilir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv