!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kişi həkimin qadın xəstə ilə siğə etdirməli olduğu fikrinə SƏRT REAKSİYA: "İranın "əldəqayırma ayətullah"larının qulbeçəsi..."

!Reklam – Yazi

“Həkimliyin yerinə yetirilməsində naməhrəmlik anlayışı yoxdur”.

Bunu bir ilahiyyatçının kişi həkimin qadın xəstəni müalicəsi zamanı siğə olunmanın dini cəhətdən zəruri hesab edildiyi yönündəki açıqlamasına münasibət bildirən dinşünas Hacı Nizami Rza Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, səsləndirilən fikir islama ziddir:

“Həmin fikirləri söyləyən adam Azərbaycanda İranın “əldəqayırma ayətullahlarının” qulbeçəsidir. Yeri isə azadlıq deyil. Bu kimi İslami qaydalara zidd olan fikirləri din pərdəsi altında ortaya çıxanlar səsləndirir. Belə bir şey qəti olaraq yoxdur. Bunun adı şirkdir. Heç kəsə islami təlimatlara özündən nəsə əlavə etməyə icazə verilmir.

Həkimin qarşısındakının cinsiyyətindən asılı olmayaraq, vəzifə borcu var. Həkimliyin yerinə yetirilməsində naməhrəmlik anlayışı yoxdur. Naməhrəmlik evdə, küçədə, iş yerində, ictimai yerdə ola bilər. Ancaq həkim-pasient münasibətində belə bir anlayış yoxdur”.

Yusif Səmədzadə

www.yenicag.az

656
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv