KKTC-də Beynəlxalq Simpozyum və Novruz Festivalı keçiriləcək

Türk Birliyi Dayanışma Dərnəyinin təşkilatçılığı, Azərbaycan Kıbrıs Dostluq Cəmiyyətinin dəstəyi, Şimali Kipr Türk Respublikası Parlamentinin vitse-prezidenti millət vəkili Zorlu Törenin himayəsində və Türkiyə Respublikası Lefkoşa Səfirliyinin xüsusi dəstəyi ilə beynəlxalq simpozyum keçiriləcək.

Simpozyum Şimali Kipr Türk Respublikasının qurulmasında böyük əməyi olan, 30 ilə yaxın həmin dövlətin Prezidenti olmuş mərhum Rauf Raif Denktaşa və bu ölkənin müstəqillik əldə etmsində böyük mücadilə vermiş Fazil Küçüyün xatirəsinə həsr olunub. Simpozyumun əsas hissələrindən biri də ölkəmizin milli bayramı olan Novruz bayramına həsr olunacaq. Beynəlxalq simpozyumda Azərbaycan, Qazağıstan, Türkiyə, Almaniya, Rusiya, Hollandiya və digər ölkələrdən yüzə yaxın qonaq iştirak edəcəkdir.

Eyni zamanda, tədbirə ölkəmizdən Azərbaycan Respublikası Milli Məclisin deputatı Aydın Mirzəzadə, Azər Badamov, Xalq şairi Sabir Rüstəmxanlı, KİV təmsilçiləri və çox sayda təhsil işçisi iştrak edəcəkdir. Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə ölkəmizin milli bayramı olan Novruz Bayramı ilə bağlı şənlik keçiriləcəkdir. Şənlikdə Şimali Kiprdə yaşayan soydaşlarımız, yerli ictimaiyyətin nüfuzlu şəxsləri, elmi ictimaiyyət və xarici tələbələr dəvət olunub. Şənlikdə ölkəmiz haqqında ətraflı məlumatlar, müxtəlif məlumat bukletləri və sənətçilərimizin iştrakı ilə konsert proqramı baş tutacaq.

COP29