Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kliçko sabah Azərbaycana gəlir

Kiyev meri Vitali Kliçko 13-14 apreldə Azərbaycanda səfərdə olacaq.

Bu barədə APA-ya Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər zamanı V. Kliçko Azərbaycan prezidenti İlham Əliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslərlə görüşəcək.

Səfərin məqsədi Azərbaycanın “Eurovision”, Avropa Oyunları, İslam Həmrəklik Oyunları və Formila-1 kimi beynəlxaıq mötəbər tədbirlərin keçirilməsi ilə bağlı əldə etdiyi təcrübəni öyrənməkdir.

Yeniçağ.az

www.yenicag.az

427