!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kobaxidzedən MARAQLI AÇIQLAMA: “Saakaşvili həbsxanada olmadığı üçün depressiyaya düşüb”

!Reklam – Yazi

Gürcüstanın baş nazirliyinə namizəd İrakli Kobaxidze Saakaşvilinin depressiyaya düşməsinin səbəbləri haqqında maraqlı açıqlamalar verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Sputnik.Qruziya” agentliyi məlumat yayıb.
Kobaxidze Saakaşvilinin depressiyaya düşməsinin “səbəb”ini açıqlayıb.

“İnsan ona görə depressiyaya düşə bilər ki, digər məhbuslar həbsxana kamerasında cəza çəkməyə məcburdurlar, o isə heç bir səbəb olmadan iki otaqlı palatada dincəlir. Bu, mənim üçün mənəvi sıxıntı olardı”, – siyasətçi bildirib.

Qeyd edək ki, bundan əvvəl Saakaşvili müxalifətə ilin sonunda keçiriləcək prezident seçkiləri üçün vahid namizədin müəyyənləşdirilməsi təklifi ilə çıxış edib.

Xatırladaq ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilərək həbs edilib.

Xuraman Etibarlı

www.yenicag.az

120
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv