!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Köçəryan Ermənistanı tərk etdi – Sabiq prezidentin harada olması barədə məlumat yayıldı

!Reklam – Yazi

Ermənistanın sabiq prezident Robert Köçəryanın tərəfdarları və komanda yoldaşları liderlərinin aktiv siyasətdən getmədiyini, onun komandadaxili prosesləri idarə etdiyini inkar etməyə çalışırlar, amma reallıq budur ki, Köçəryanın siyasətdən əlini üzüb və hakimiyyətə qarşı münasibətdə yumşaqlığa üstünlük verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri parlamentdəki mənbələrinə istinadla məlumat yayıb.

Qəzet yazır ki, Köçəryan hazırda gündəlik siyasi həyatından uzaqdadır, o cümlədən onu rəhbərlik etdiyi “Hayastan” ittifaqında həftələrlə, hətta aylarla belə görmürlər.

Erməni nəşrinin əldə etdiyi məlumata görə, Ermənistanın ikinci prezidenti uzun müddətdir ki, Avropadadır.

“Hazırda sabiq prezident Almaniyadadır və oradan martın 8-də Beynəlxalq Qadınlar Günü münasibətilə Ruisya qadınlarına və prezident Vladimir Putinə təbrik məktubu göndərib. Mənbə bildirir ki, o, yanvarın sonunda Almaniyaya gedib”, – nəşr yazır.

“Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan isə KİV-ə açıqlmasasında sözügedən suala cavab verməkdən yayınıb.
“Sonuncu dəfə fraksiyanın iclası dekabrda olub və bu barədə ictimaiyyətdə məlumat var. Bundan başqa, eks-prezidentin vəkilinin məhkəmədəki sonuncu vəsatəti ölkədən çıxış qadağasının ləğvi ilə bağlı olub. Təəssüflər olsun ki, onun indi harada olması barədə şərh verə bilmərəm”, – deyə o bildirib.

Xatırladaq ki, Robert Köçəryanın çirkli pulların yuyulması ilə bağlı davam edən məhkəmə prosesində onun ölkədən çıxışının qadağan edilməsi haqqında qərar qəbul edilsə də, ikinci prezidentin son günlər ictimaiyyət qarşısında görünməməsi bir sıra suallar doğurub.

Rafi Müslümov

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv