!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Köçəryanın oğlu bu gün deputat olub həbsdən çıxacaq

!Reklam – Yazi

Ermənistan Mərkəzi Seçki Komissiyası bu gün, noyabrın 6-da saat 15:00-a iclas təyin edib.

Yenicag.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasda parlament deputatının mandatının verilməsi haqqında protokolun tərtib edilməsi nəzərdə tutulub.

Mandat “Hayastan” fraksiyasından Ermənistanın ikinci prezidenti Robert Köçəryanın hazırda həbsdə olan kiçik oğlu Levon Köçəryana veriləcək.

2023-cü il noyabrın 3-də məlum olub ki, “Hayastan” blokunun seçki siyahısında deputatlığa üç namizədi- Miqrdat Madatyan, Angela Nalbandyan və Gerasim Vardanyan MSK-ya parlamenmtdə boşalan deputat yerindən imtina ərizələri ilə müraciət ediblər. Buna əsasən, mandatın blokun siyahıdakı növbəti namizədi Levon Köçəryana verilməsi qərara alınıb.

“Deməli, deputat statusu olmayan və qeyri-qanuni həbsdə olan Levon Köçəryan noyabrın 6-da deputat statusu aldığı andan həbsdə saxlanıla bilməz”, – Köçəryanın vəkilləri qeyd ediblər./modern.az

 

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv