!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Köçəryanın yüz milyonlarla əmlakı müsadirə olunur

!Reklam – Yazi

Ermənistan Baş Prokurorluğu məhkəmədən ölkənin ikinci prezidenti Robert Köçəryanın və Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyanın onlarla daşınmaz əmlak və yüz milyonlarla dollar dəyərində vəsaitinin mənşəyini qanunsuz hesab edərək, müsadirə olunmasını tələb edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Baş prokuroru Anna Vardapetyan deyib.

“Prokurorluq Köçəryanın və onunla əlaqəli olan 7 nəfərin 25 daşınmaz əmlakını, ikinci prezidentə məxsus 5 nəqliyyat vasitəsini və 4 milyon dollarlıq səhmlərini müsadirə etmək istəyir”, – Vardapetyan bildirib.

Vardapetyan bildirib ki, qurum Çarukyan və ona bağlı şəxslərdən 79 ədəd daşınmaz əmlakın və 42 nəqliyyat vasitəsinin müsadirə olunmasını tələb edib.

www.yenicag.az

115
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv