!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Köçürülməyə etiraz edən Bayıl sakinlərindən ilginc iddia: ""Sürüşmə zonası” satılıb" - Fotolar+Video

!Reklam – Yazi

Bayıl yamacındakı sürüşmə zonasında yerləşən evlərin sakinləri ərazidən köçmək istəmirlər.

Yenicag.az xəbər verir ki, qeyd olunan ərazidə məskunlaşan, ötən gün sürüşmə təhlükəsinin artması səbəbindən evlərindən çıxarılaraq, Səbail rayonundakı məktəb və idarələrə yerləşdirilən 67 ailənin üzvləri etiraz aksiyası keçirirlər.

Aksiyaya qatılan sakinlər əməkdaşlarımızla söhbətdə bildiriblər ki, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri onlara evlərini tərk etməli olduqlarını deyiblər. Lakin məmurlar bunun əvəzində sakinlərə hansı məbləğdə kompensasiya veriləcəyinə aydınlıq gətirmirlər.

Sakinlərin sözlərinə görə, onların əksəriyyəti icra hakimiyyətinin müvəqqəti sığınacaq kimi təklif etdiyi yerlərdə yox, maşınlarda, yaxud da tanışlarının evlərində gecələyiblər.

Köçürülməsi tələb olunan sakinlər bildiriblər ki, dünən axşamdan etibarən ərazidəki evlərə işıq və qazın verilişi dayandırılıb. Bu gün isə evlərə verilən su da kəsilib.

Narazı sakinlərin iddiasına əsasən, ərazidə sürüşmə təhlükəsinin artmasına dair yaradılan ajiotaj süni xarakter daşıyır. Onların sözlərinə görə, həmin ərazi artıq kimlərəsə satılıb və “sürüşmə panikası” da sakinlərin öz evlərini tərk etmələri üçün yaradılıb.

Qeyd edək ki, Baş nazirin müavini Abid Şərifovun aksiya iştirakçıları ilə görüşə gələcəyi bildirilsə də, yüksək məqamlı məmur bu gözləntiləri doğrultmayıb. Şərifovun əraziyə gələcəyinə və onların dərdini dinləyəcəyinə ümidləri kəsilən sakinlər isə tədricən dağılışmağa başlayıblar.

Onu da bildirək ki, sürüşmə zonasında 133 ev qeydiyyatdadır, onlardan 67-si qəzalı ev hesab olunur.

Elvin Paşazadə

Cəmalə

www.yenicag.az

3378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv