!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Köhnə binalarda evlərin qiyməti ucuzlaşmayacaq? - AÇIQLAMA

!Reklam – Yazi

“Mənzil bazarında köhnə binaların qiymətinə nəzər yetirsək, heç bir dəyişikliyin olmadığını müşahidə edərik”

Bunu sosial şəbəkələrdə müzakirə mövzusu olan köhnə binalarda evlərin ucuzlaşacağı xəbərlərinə aydınlıq gətirən Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, köhnə binalarda mənzillərin ucuzlaşacağı ilə bağlı informasiyalar bir neçə gündür gündəmi zəbt edib:

“Məsələ ilə bağlı müəyyən müzakirələr aparılır. Evlərin ucuzlaşacağı xəbərlərinin mənbəyinin kim olduğunu açığı bilmirəm. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ipoteka kreditləşməsində 1970-ci illərdə inşa olunan binalara kredit verilməsini həyata keçirib. Bu bəzi ekspertlərin şəxsi mülahizəsidir. Belə bir məsələ gözlənilmir. Bu, rəsmi qərar deyil, şəxsi fikirlərdir. Ümumiyyətlə hesab edirəm ki, mənbəyi olmayan bu cür məlumatların dövriyyəyə buraxılması bazar iştirakçılarını çaşdırır və bazarda arzuolunmaz bir vəziyyət yaradır. Mövzu ilə bağlı Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun qərarı və ya rəsmi açıqlaması yoxdur.

Rəsmi qərar olsa belə, köhnə binalarda qiymətlərin ucuzlaşmasına səbəb olacağına inanmıram. Mənzil bazarında köhnə binaların qiymətinə nəzər yetirsək, heç bir dəyişikliyin olmadığını müşahidə edərik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv