!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Köhnə dünya” üçün ANTİREKORD: Təbii qazın qiyməti tarixi maksimuma çatdı

!Reklam – Yazi

Avropada təbii qazın min kub metrinin qiyməti rekord həddə müəyyənləşib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Avropa üzrə təbii qazın paylanıldığı TTF qovşağında qiymət min kub metr üçün 2 min dolları ötüb.

Bu qiymət Londonun ICE birjasında keçirilən hərracda müəyyən olunub.

Məlumata görə, birjada TTF qovşağında yanvar fyuçerslərinin qiyməti hər min kubmetr üçün 2107 ABŞ dollara çatıb.

Bu, son sessiaya ilə müqayisədə 23 faiz artım deməkdir.

Qeyd edək ki, Avropada qazın qiymətinin sürətlə artması səhər saatlarından başlayıb. Bu günün rekord qiyməti isə 2190,4 ABŞ dolları təşkil edib.

www.yenicag.az

388
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv