!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Köhnə dünya”da artan RUSİYA QORXUSU: “Avropa ölkələri ABŞ-nin “nüvə çətiri”nə güvənsələr də...”

!Reklam – Yazi

“Avropa dövlətləri ABŞ-dan aslı olmayan hərbi potensial yaratmağa çalışırlar”.

Bu fikirləri Avropanın təhlükəsizliyi probleminin xeyli aktuallaşmasını və belə bir vəziyyətin yaranmasının səbəblərini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.Zərdüşt Əlizadə bildirib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünün davam etməsi Avropanın təhlükəsizliyi məsələsini gündəmə gətirib:

“Avropa üçün yeganə təhlükə mənbəyi Rusiyadır. Avropa İkinci Dünya müharibəsindən sonra ABŞ-nin işğalı altında idi və onun “nüvə çətiri”ndən yararlanaraq özünü təhlükəsiz hiss edirdi. Tramp “Avropanın təhlükəsizliyinə zamin deyilik” mövqeyində dayanan ilk ABŞ prezidenti oldu. Avropada Fransa və Böyük Britaniyanın da nüvə potensialı olsa da, digər dövlətlərin yoxdur.

Fransanın təşəbbüsü ilə zaman-zaman belə bir fikir səslənirdi ki, NATO-dan əlavə Avropanın birləşmiş silahlı qüvvələri yaradılsın. Ancaq bu, böyük xərc tələb etdiyindən, yenə də ABŞ-nin “nüvə çətiri”nə güvənirdilər.

Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Rusiya yenidən Qərbi açıq şəkildə təhdid edərək 1997-ci il sərhədlərinə qayıdılmasının, bu çərçivədə NATO üzvü olan Şərqi Avropa dövlətlərinin öz ərazilərindən müasir silahları çıxarmaları tələbini irəli sürür. Eyni zamanda, “Ukrayna və postsovet məkanı da mənim nüfuz dairəmdir” mesajları verir.

Belə bir şəraitdə Avropanın hakim zümrəsi təlaş içərisindədir. Çalışırlar ki, ABŞ-dan aslı olmayan hərbi potensial yaratsınlar. Bu həqiqətən də, böyük xərc tələb edən işdir. Almaniya hələlik 100 milyard avro ayırıb ki, ordusunu yenidən silahlandırsın, icbari səfərbərlik həyata keçirsin. Hazırda Almaniyada orduda xidmət etmək könüllülük əsasında həyata keçirilir. Ancaq Avropanın təhlükəsizliklə bağlı təlaşa düşməsinin əsas səbəbi Rusiyanın Ukraynaya təcavüzüdür”.

Səxavət Məmməd

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv