!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Köhnə dünya”da iqtisadi artım və İNFLYASİYA: İstehlakçılar nədən narahatdır?

!Reklam – Yazi

Avropa Mərkəzi Bankının (ECB) açıqladığı istehlak anketində inflyasiyanın sabit qalacağı ifadə olunub.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, Avropada istehlakçılar qarşıdakı 3 il ərzində inflyasiyanın 2,5 faizə düşəcəyini gözləyirlər.

ECB-nin İstehlakçı Gözləntiləri Araşdırmasına görə, avrozonada istehlakçıların gələn il üçün inflyasiya gözləntiləri demək olar, dəyişməyib.

Bununla belə, iqtisadi artım tempinin tədricən azalması perspektiv gözləntilərdə də özünü neqativ tərəfdən əks etdirib.

Keçirilən müvafiq sorğunun nəticələrinə əsasən, avrozonada istehlakçıların son 12 ay üçün orta inflyasiya gözləntiləri 4 faiz həddində qalıb. İstehlakçılar qarşıdakı 3 il ərzində inflyasiyanın 2,5 faizə düşəcəyinə inamlarını bildiriblər.

Lakin istehlakçıların iqtisadi artım gözləntiləri oktyabr ayında 1,3 faiz azalıb. Eyni zamanda, istehlakçılar işsizliyin gələn il üçün orta hesabla 11,4 faiz təşkil edəcəyini bildiriblər.

Qeyd edilir ki, sözügedən sorğu Avropa İttifaqının (Aİ) Ümumi Daxili Məhsulunda (ÜDM) təqribən 85 faiz paya malik olan Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya və Belçikada keçirilib.

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv