!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Köhnə dünya”nın Azərbaycan “NƏFƏSLİYİ”: “Türk birliyinin Avrasiyada həlledici faktora çevrilməsi...” – ŞƏRH

!Reklam – Yazi

“Onlar bu gedişatla razılaşmasalar da, prosesin qarşısını almaq imkanında olmadıqlarını başa düşürlər”.

Bu fikirləri noyabrın 17-də Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramı üzrə xüsusi nümayəndəsi Dirk Şuebelin başçılıq etdiyi heyətin Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü dəyərləndirən Siyasi Texnilogiyalar Mərkəzinin (STM) Prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropanın Rusiya ilə əlaqələrinin kəsilməsi neft-qaz ehtiyatları ilə zəngin olan Azərbaycanı “köhnə dünya” üçün maraqlı və əhəmiyyətli ölkəyə çevirib:

“Xüsusilə Rusiyanın Ukraynaya hərbi təcavüzə başlamasından sonra elə bir vəziyyət yaranıb ki, Avropa İttifaqının ayrı-ayrı üzvlərinin və strukturlarının Azərbaycana münasibətindən asılı olmayaraq, onlar ölkəmizi artıq ciddi faktor kimi qəbul etməyin qaçılmazlığını görürlər.

Ən əsası, Avropanın enerji təminatında mühüm rol oynayan Rusiya ilə əlaqələrinin kəsilməsi neft-qaz ehtiyatları ilə zəngin olan Azərbaycanı “köhnə dünya” üçün maraqlı və əhəmiyyətli ölkəyə çevirib.

Bildiyiniz kimi, qış yaxınlaşır və bu mövsüm Avropada hər zaman şiddətli soyuqlarla müşayiət olunur. O baxımdan, Azərbaycanın enerji ehtiyatlarının Avropaya nəqli ən optimal variant kimi nəzərdən keçirilir. Rusiyadan fərqli olaraq, Azərbaycanın öz öhdəliklərinə sadiq ölkə kimi tanınması da bu çərçivədə onun cəlbediciliyini artırır.

Digər tərəfdən, Avropa Azərbaycana münasibətdə iki yol ayrıcında qalıb. Yəni onu nə görməzdən gələ, nə də özlərinin enerji təhlükəsizliyinin təmin olunmasında onun imkanlarından imtina edə bilirlər. Bu da Azərbaycanın regionda çox əhəmiyyətli fiqura çevrilməsi ilə bağlıdır.

Avropa Azərbaycan-Türkiyə birliyinin dərinləşməsinin, ümumiyyətlə, Türk faktorunun güclənərək regionda və Avrasiya materikində həlledici faktora çevrilməsinin fərqindədir. Onlar bu gedişatla razılaşmasalar da, prosesin qarşısını almaq imkanında olmadıqlarını başa düşürlər. Daha vacibi isə odur ki, bu gün Azərbaycan Avropaya lazımdır”.

A.Zeynalov

www.yenicag.az

400
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv