!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Köhnə dünya”nın Ukraynaya YARDIMI: Avropalıların neçə faizi Kiyevi dəstəkləyir? – SORĞU

!Reklam – Yazi

Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin əhalisinin böyük əksəriyyəti Ukraynanın dəstəklənməsinə tərəfdardır.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Ukraynaya dəstək verilməsinin zəruriliyinə dair keçirilən sorğuda iştirak edənlərin 74 faizi məsələyə ümumi baxımdan müsbət münasibət bildirib.

Respondentlərin 73 faizi Ukraynaya göstərilən dəstəyin maliyyə, hərbi və humanitar sahələri əhatə etməsinə, Rusiyaya qarşı sanksiyaların isə sərtləşdirilməsinə tərəfdar olub.

Qeyd olunur ki, Aİ ölkələrində Ukraynaya dəstək məsələsində ciddi fərqlər mövcuddur. Məsələn, Skandinaviya ölkələrində, Niderland, İrlandiya, Portuqaliya və başqa dövlətlərdə əhalinin Ukraynaya dəstəyi 90 faiz civarındadır.

Yunanıstan, Slovakiya, Bolqarıstan və Cənubi Kiprdə isə bu göstərici 50 faizdən aşağı olub.

Qeyd edilir ki, 2022-ci il 12 oktyabr – 7 noyabr aralığında keçirilən sorğuda Aİ-nin bütün ölkələrindən 26 min nəfər iştirak edib.

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv