!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kolbasa istehsalı müəssisəsində nöqsanlar aşkarlandı - FOTO

!Reklam – Yazi

Göygöldə fəaliyyət göstərən kolbasa məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkar edilib.

Bu barədə Yenicag.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Göygöl rayonu, Yeni Qızılca kəndində fəaliyyət göstərən, fiziki şəxs Əmrahov Eşqin Qəzənfər oğluna məxsus kolbasa məmulatlarının istehsalı sexində Agentlik əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Aparılan araşdırmalar zamanı istehsal və emal sahələrində sanitariya norma və qaydalarına, gigiyena normativlərinə riayət edilmədiyi, “Fermer” əmtəə nişanlı məhsulların etiket məlumatlarında tərkibində mal ətinin olduğu qeyd olunsa da, istehsal prosesində mal ətindən istifadə olunmadığı məlum olub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsulların satışa çıxarılmasının qarşısı alınıb və icrası məcburi göstərişlər verilib.

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv