!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kolumbiyada səkkiz azərbaycanlı miqrant xilas edildi

!Reklam – Yazi

Kolumbiyanın hərbi dəniz donanması San-Andres adasının sahillərində Nikaraqua, sonra isə ABŞ-a getməyə çalışan, aralarında 8 azərbaycanlının da olduğu 31 miqrantı xilas edib və gəminin iki heyət üzvünü saxlayıb.

Bu barədə Yenicag.az “Vozdeamerica.com”a istinadən xəbər verir.

Qeyd edilir ki, Kolumbiya Sahil Mühafizəsi San Andres adasının cənubunda 13-ü Ekvador, 9-u Venesuela, 8-i Azərbaycan və 1-i Çili olmaqla, 31 nəfərin olduğu, heç bir təhlükəsizlik tədbirinə əməl etməyən gəmini saxlayıb.

Qaydalara uyğun hərəkət etməyən gəmidə altı azyaşlı uşaq da aşkarlanıb. Onlar San Andresdəki əsas Sahil Mühafizəsi xidmətinə aparılıblar.

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv