!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Komediya adı ilə yaradılan "ucuz" GÜLÜŞ - "Bu, Mədəniyyət Nazirliyi səviyyəsində həll olunmalıdır" - Əməkdar artistdən SƏRT ETİRAZ

!Reklam – Yazi

“Komediya adı ilə insanları eybəcər hala salıb, gülüş yaratmaq istəyirlər. Vaxtilə Cəlil Məmmədquluzadənin əsərlərində də gülüş var idi, amma o insanı eybəcər halda təqdim etmirdi, onun düşdüyü vəziyyətə gülürdü. Bu gün isə komediya adı ilə milləti eybəcərləşdirməyə çalışırlar”.

Bunu efir məkanında baş alıb gedən komik veriliş və filmlərlə bağlı fikirlərini bölüşərkən tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Aktyor belə filmlərin bayağı gülüş yaratdığını, lakin heç bir tərbiyəvi əhəmiyyət daşımadığını, eyni zamanda millətin aşağılandığını bildirib:

“Bu filmlərə və komediya adı ilə insanlara sırınan verilişlərə baxanda adamın əti tökülür. Hırıltıdan başqa heç nə yoxdur. Vaxtilə Nəsibə Zeynalova, Lütfəli Abdullayevin iştirakı ilə çəkilən filmlərə və tamaşalara baxsınlar, onlardan örnək götürsünlər. Bu gün də o filmlər yaşayır, maraqla baxılır. Yeni nəsil də o filmlərə baxıb mədəniyyət əxz edirdi. Amma indiki filmlərə baxan gənclik onlardan hansı mədəniyyəti öyrənəcək? Belə şeylər Mədəniyyət Nazirliyi səviyyəsində həll olunmalıdır. Qeyri-peşəkarlardan ibarət adını aktyor qoyan bir qrup şəxslər düşüb ortaya. Bəzilərinin təhsili var, savadı yoxdur. Yaxud da əksinə. Kinoşünaslar, teatrşünaslar hara baxır, niyə ağızlarına su alıb durublar? Niyə tənqidi fikirlərini söyləmirlər? Elədirsə, heç bir iş görmürlərsə, Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq, tənqidşünaslıq fakültəsini bağlasınlar”.

Cəvahir

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv