!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Komitə sədrindən nikah yaşının eyniləşdirilməsi ilə bağlı TƏKLİF

!Reklam – Yazi

“Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər son dörd ildə üç dəfə artıb”.

Yenicag.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, vaxtında və operativ yardım xidmətlərinin göstərilməsi zərərçəkmiş şəxslərin dövlət orqanlarına və digər xidmət subyektlərinə etimadını artırıb. “2020-də 178, 2023-cü ilin 11 ayı ərzində isə 550 müraciət daxil olub.

Zorakılığın səbəb və nəticələrinin, təkrar baş vermə riskinin aradan qaldırılması, törədənlərin cəzalandırılması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən tədbirlər gücləndirilib, polis əməkdaşları təlimatlandırılıb.

Sədr əlavə edib ki, Milli Fəaliyyət Planının digər istiqaməti məişət zorakılığından zərərçəkmiş şəxslərin yardım mərkəzləri və sığınacaqlarla təmin olunmasıdır:
“Hazırda zərərçəkmiş şəxslər üçün doqquz yardım mərkəzi (onlardan səkkizi qeyri-dövlət mərkəzidir) mövcuddur, onlardan beşi həm də sığınacaq xidməti göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Məişət zorakılığından zərərçəkmiş şəxslərə yardım mərkəzi şöbəsi”, həmçinin qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası üzrə komissiya yaradılıb”.

O, nikah yaşının hər iki cins üçün eyniləşdirilməsi, qadını nikaha daxil olmağa məcbur etmənin qadağan olunması ilə bağlı qanunvericiliyə dəyişiklikllər edilməsini də bildirib./oxu.az

www.yenicag.az

132
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv