!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Komitə sədrlərini gündəmə gətirən “Mercedes”lər: “Axı onların hamısının maşını var, yenilərinə...”

!Reklam – Yazi

“Parlamentdəki komitə sədrlərinin səlahiyyət müddətinin bitməsinə çox qalmayıb”.

Bu fikirləri Milli Məclisin 15 komitə sədrinə “Mercedes E 300” markalı yeni xidməti avtomobillərin verilməsinə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, xalqın indiki vəziyyətində parlamentin komitə sədrlərinə bahalı avtomobillər paylanmasına ehtiyac yox idi:

“Xalqın çətin dövrdən keçdiyi bir zamanda komitə sədrlərinə yeni lüks maşınlar paylanmasını doğru addım saymıram. Axı onların hamısının maşını var, yenilərinə ehtiyacları yoxdur.

Ancaq bu məsələnin üstündə çox dayanmaq da lazım deyil. Çünki parlamentdəki komitə sədrlərinin də, qalan deputatların da səlahiyyət müddətinin bitməsinə çox qalmayıb. Bu gün-sabah yeni seçkilər olacaq.

Yeni seçkilərdən sonra onların çoxunun yenə parlamentə düşəcəyi inandırıcı görünmür. Müəyyən yenilənmələr olacaq. Ümid edək ki, yeni gələnlər vicdanlı olar, xalqın vəziyyətini düşünər, əhalinin maddi rifah halına uyğun addımlar atar və ehtiyacları olmayan şeylərdən imtina edərlər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv