!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kommersant”: "Sonunda Ağdamdan keçən yol açılacaq"

!Reklam – Yazi

“Ağdamdan keçən yol nəhayət açılacaq”.

Yenicag.az xəbər verir ki, bunu “Kommersant” qəzetinə Rusiyanın dövlət qurumlarında regiondakı vəziyyətlə tanış olan həmsöhbəti deyib.

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilkin olaraq həm Azərbaycan tərəfi, həm də Qarabağ xalqı tərəfindən razılaşdırılan variant təklif edib. Onun mahiyyəti ondan ibarət idi ki, Ağdamdan keçən yol açıldı və BQXK vasitəsilə lazım olan hər şeyin oradan çatdırılmasına başlanıldı. Və bu yerdə hərəkət başlayandan düz bir gün sonra Moskvanın təklifinə əsasən Laçın dəhlizində də nəqliyyatın hərəkəti bərpa edilib. “Kommersant”ın mənbəsi deyir ki, “bu seçim yüksək səviyyədə hazır idi”.

Moskvada vəziyyət çox mürəkkəb kimi qiymətləndirilir və onlar hesab edirlər ki, Bakı güzəştə getmək niyyətində deyil:

“Bizim, qərblilərin, beynəlxalq təşkilatların etdiyimiz vəziyyəti birtəhər sakitləşdirmək cəhdləri heç bir nəticə vermir. Bakı geri addım atmır”.

Eyni zamanda, o qeyd edir ki, Qarabağdakı qondarma qurum da müqavimət göstərir.

Amma onun sözlərinə görə, sonra Xankəndidə şərt irəli sürülüb ki, Laçın yolu 24 saat ərzində deyil, dərhal açılsın və Azərbaycan mənşəli mallar Ağdamdan keçməməlidir. O zaman Vaqif Xaçatryanla bağlı qalmaqal yaranıb və separatçı rejim onun dərhal azad edilməsini istəsə də, heç nə əldə edə bilməyib. Sonunda Azərbaycan heç bir güzəştə getməyib.

Məsimə

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv